Bu gün Milli Məclisdə “Parlament diplomatiyası” mövzusunda konfrans keçiriləcək
24.05.2010
Həmçinin türkdilli ölkələr PA-nın Azərbaycan respublikası MM-də fəaliyyət göstərən beynəlxalq katibliyi ofisinin rəsmi açılışı da olacaq.
Bu gün Bakıda türkdilli ölkələr parlament assambleyasının Azərbaycan respublikası Milli Məclisində fəaliyyət göstərən beynəlxalq katibliyi ofisinin rəsmi açılışı olacaq. Açılışla paralel, həmçinin milli məclisdə Türkiyə Böyük Millət Məclisinin 90-cı ildönümü ilə əlaqədar “Parlament diplomatiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirə Türkiyə və Qazaxıstan parlamentlərini təmsil edən böyük nümayəndə heyətləri, Özbəkistan və Türkmənistanın Bakıdakı səfirləri, ATƏT, BMT, Avropa şuraSı və İslam Konfransı Təşkilatının nümayəndələri dəvət olunublar. Tədbirdə parlament diplomatiyasının inkişafında türkdilli ölkələrin parlament assembleyasının rolu, qanunverici orqanların qarşılıqlı əlaqələr çərçivəsində fəaliyyəti və digər məsələlər müzakirə olunacaq. Yeni layihələr üzərində birgə əməkdaşlıq mövzuları barədə qarşılıqlı fikir mübadiləsi aparılacaq.
ANS